Ölkə futbolu

AFFA-nın ilk prezidenti dünyasını dəyişdi

AFFA-nın sabiq prezidenti Fuad Musayev dünyasını dəyişib.

İdmanxeber.com-un məlumatına görə, qurumun ilk rəhbəri Rusiyanın paytaxtı Moskva şəhərində vəfat edib. 79 yaşında dünyasınəı dəyişən Musayev böyrək çatışmazlığından əziyyət çəkirdi.

Qeyd edək ki, Musayev Azərbaycan Respublikası müstəqillik əldə edəndən sonra Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43