03 Oktyabr 2024
Ölkə futbolu

AFFA-nın inkişaf strategiyasının yazılması ilə əlaqədar növbəti görüşlər keçirildi

AFFA-nın inkişaf strategiyasının yazılması ilə əlaqədar növbəti görüşlər keçirilib.

İdmanxeber.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni strategiya ilə bağlı tərəfdaş şirkətlərin nümayəndələrinin Bakıda görüşləri təşkil olunub.

Onlar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının nümayəndələri, AFFA rəhbərliyi, milli komandanın baş məşqçisi, təcrübəli yerli futbol funksionerləri, eləcə də AFFA-nın departamentləri ilə fikir mübadiləsi aparıb, məlumatların toplanma prosesini həyata keçiriblər.

Cari vəziyyətlə bağlı toplanmış məlumatlar və yığılmış təklifləri nəzərə alaraq, şirkətlər tərəfindən strategiyanın yazılması prosesi davam edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43