Kateqoriyasız

AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı yoxlamanın nəticələri açıqlanıb

İsveçrənin SGS şirkəti AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyəti ilə bağlı 2022-ci ildə apardığı yoxlamanın nəticələrini açıqlayıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, şirkət tərəfindən göndərilən məktubda AFFA-nın Lisenziyalaşdırma Qrupunun fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu vurğulanıb.

Eyni zamanda, qeyd olunub ki, Lisenziyalaşdırma Qrupu 2023/2024 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.

Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43