20 Yanvar 2021
Kateqoriyasız

AFFA-nın müraciətinə müsbət cavab – Tofiq Bəhrəmovla bağlı

Məşhur azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun adını daşıdığı Respublika stadionundakı heykəli ağardılıb. Bu, həmin ərazidə abadlaşdırılma işləri gedərkən baş verib.

Mərhum referinin adını daşıyan nəvəsi – Tofiq Bəhramov bununla bağlı AFFA-ya müraciət edib. O, heykəlin əvvəlki rənginə qaytarılması ilə bağlı xahiş edib. Assosiasiya da öz növbəsində bununla bağlı Azərbaycan Gənclər və İdman Nazirliyinə heykəlin əvvəlki rənginə – tunc rənginə qaytarılmasına dair müraciət edib. Bu, müsbət cavablanıb və proses reallaşacaq.

Tofiq Bəhramovun heykəli 2004-cü ilin oktyabrın 13-də adını daşıdığı stadionun qarşısında, 2006-cı il dünya çempionatının seçmə mərhələsində Azərbaycan – İngiltərə görüşündən əvvəl açılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ovusu təklif gözləyirmiş

admin

İşğaldan azad olunmuş Talış kəndindən yeni – Videogörüntülər

admin

“Azərbaycan kimi ölkələrlə səfərdə oynamaq çətin olur” – Remsi

admin