Milli komanda

AFFA-nın prezidenti milli komanda ilə görüşüb

AFFA-nın prezidenti Rövnəq Abdullayev   Azərbaycan milli komandası ilə görüş keçirib.

İdmanxeber.com-un məlmatına görə, R.Abdullayev Avro-2016-nın seçmə mərhələsi çərçivəsində noyabrın 16-da, saat 21:00-da  “Bakcell Arena”da  Norveç yığması ilə qarşılaşacaq  millimizə uğurlar arzulayıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43