İdman

AFFA-nın seçdiyi namizəd UEFA-da son 2-liyə qaldı

UEFA prezidentliyinə namizədlərin sayı 2-yə enib. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, daha bir namizəd geri addım atıb.

 

Bu, İspaniya Kral Futbol Federasiyasının prezidenti Migel Anxel Vilyardı. O, namizədliyini geri götürməyinin səbəbini belə izah edib: “Mənə böyük dəstək olmasına baxmayaraq, prezidentlikdən imtina etmək qərarına gəldim. Çünki yenidən İspaniya Kral Futbol Federasiyasının prezidentliyinə namizəd olmaq fikrindəyəm”.

 

Bununla da UEFA prezidentliyinə iki namizəd qalıb – Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin. Adıçəkilən iki şəxs arasında Çeferinin şansı daha yüksək qiymətləndirilir. Çünki UEFA-ya üzv olan 55 ölkədən artıq 23-ü sloveniyalı futbol funksionerini dəstəkləyir. Çeferin prezident seçilmək üçün sentyabrın 14-də Afinada keçiriləcək seçki zamanı 28 ölkənin səsini toplamalıdı.

 

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da UEFA prezidenti vəzifəsinə seçkilərdə Çeferinin namizədliyini dəstəklədiyini açıqlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43