24 Oktyabr 2020
Kateqoriyasız

AFFA ölən futbolçu ilə bağlı FİFA və UEFA-ya müraciət etdi

AFFA Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində  həlak olan Şəhriyar Qurbanovla bağlı FIFA və UEFA-ya müvafiq məktublar ünvanlayıb.

Bu barədə qurumun saytı məlumat yayıb. Məlumatda bildirilib:

“Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində həlak olan ailənin üzvlərindən biri – 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov 2017/2018-ci il mövsümündə AFFA-nın təşkilatçılığı keçirilən U-11 Liqasında UGİM (Naftalan) komandasının heyətində çıxış edib. Azərbaycan futbol ailəsinin 13 yaşlı üzvünün həlak olması ilə əlaqədar AFFA dərin hüznlə başsağlığı verir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyir.
Şəhriyar Qurbanovun Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində həlak olması ilə bağlı AFFA tərəfindən FIFA və UEFA-ya müvafiq məktublar ünvanlanıb”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” adını dünyaya tanıtdırmaq istəyirdik” – Ndlovu Kopenhagen zəfəri haqda

admin

UEFA “Qarabağ”ın oyununa hakim təyinatlarını açıqladı

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin