Kateqoriyasız

AFFA özümüzünkünü qovdu, serbi saxladı

AFFA İcraiyyə Komitəsi (İK) aşağı yaş qruplarındakı milli komandalarla bağlı qərar verib.

İdmanxeber.az xəbər verir ki, bu barədə “Report”a İK-nın üzvü Vafiq Sadıqov məlumat verib. O bildirib ki, U-17 komandasının baş məşqçisi Vüqar Məmmədlə yollar ayrılıb.

Əvəzində U-21-in serbiyalı baş məşqçisi Milan Obradoviç və və U-19-a rəhbərlik edən Samir Əliyevin müqaviləsi uzadılıb.

Qeyd edək ki, AFFA İK Azərbaycanın əsas millisinin baş məşqçisi Nikola Yurçeviçi də istefaya göndərib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43