Ölkə futbolu

AFFA “Qəbələ”nin futbolçusunun cəzasını azaltmadı

AFFA “Qəbələ”nin futbolçusu Samuel Tettehin cəzasını azaltmayıb.

İdmanxeber.az milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Apellyasiya Arbitraj Tribunalı qanalı hücumçu ilə bağlı AFFA İntizam Komitəsinin 2-si şərti olmaqla 4 oyunluq diskvalifikasiya qərarını qüvvədə saxlayıb.

Azərbaycan Premyer Liqasının XVII turunda “Səbail”lə keçirilən görüşün 36-cı dəqiqəsində rəqibə zərbə endirdiyi üçün qırmızı vərəqə alan 27 yaşlı forvard üçün klubu apellyasiya şikayəti versə də, bu, təmin edilməyib. Həmçinin “Qəbələ” 3000 manat cərimə ödəyəcək.

“Qırmızı-qaralar” Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43