Kateqoriyasız

AFFA “Qəbələ”ni gecikməyə görə cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqamızın 4-cü turunda keçirilən oyunlarla bağlı qərarlar qəbul edilib.

Premyer Liqanın 4-cü turunun “Qəbələ” – “Səbail” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunub.

“Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub

“Səbail”in futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43