Kateqoriyasız

AFFA “Qarabağ”ın daha bir legionerini milliləşdirir?

“Qarabağ”ın futbolçusu Filip Ozobiç 2021-ci ildən Azərbaycan millisinə cəlb oluna bilər.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Xorvatiyanın “index.hr” saytı xəbər yayıb.

Portal 2016-cı ildən ölkəmizdə çıxış edən 29 yaşlı yarımmüdafiəçiyə Azərbaycan vətəndaşlığı verilə biləcəyini yazıb.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Qəbələ”də oynamış Filip Ozobiç artıq 3-cü mövsümdür “Qarabağ”ın formasını geyinir (“Report”).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43