Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.
Azərbaycan Premyer Liqasının XVII turunun “Qəbələ” – AZAL matçında “Qəbələ” və AZAL klublarının 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunub.
Oyunun 63-cü dəqiqəsində AZAL klubunun 44 №-li futbolçusu Alamadine Omeqa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunub.