İdman

AFFA qırmızı vərəqə alan klubun futbolçusunu 20 manat cərimələdi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Idmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Birinci divizionun ikinci turunun “Xəzər” – “Turan Tovuz” matçında “Xəzər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Birinci divizionun ikinci turunun “Şüvəlan” – “Ağsu” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub.

Oyunun 79-cu dəqiqəsində “Şüvəlan”ın futbolçusu Vadim Abdullayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Birinci divizionun ikinci turunun “Mil-Muğan” – “Binə” matçının 90+3-cü dəqiqəsində “Binə”nin futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43