Ölkə futbolu

AFFA Qriqorçuku cəzalandırdı

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku cəzalandırıb.

İdmanxeber.com-un PFL-in saytına istinadən yaydığı xəbərə görə, ukraynalı mütəxəssis Topaz Premyer Liqanın 11-ci turunda AZAL-la oyunun 14-cü dəqiqəsində texniki zona qaydalarını pozması səbəbindən texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 800 manat cərimə olunub.

Qeyd edək ki, AZAL – “Qəbələ” oyunu qolsuz bərabərliklə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43