Ölkə futbolu

AFFA rəhbərliyi Gəncəyə getdi – Bu ayın sonuna kimi…

AFFA prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev Gəncəyə səfər ediblər.

İdmanxeber.az-a verilən məlumata görə, federasiya rəhbərliyi şəhərdə tikilən akademiya ilə tanış olub və həmçinin Gəncə şəhər stadionununda davam edən söküntü işlərinə baxıblar. 

Bir müddətdir tikintisi davam edən Gəncə Futbol Akademiyasında artıq işlər yekunlaşmaq üzrədir. İl sonuna qədər akademiyanın açılışının olması gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43