08 Sentyabr 2024
Ölkə futbolu

AFFA rəsmiləri UEFA-nın Konqresində iştirak edəcəklər

Bu gün Fransanın paytaxtı Parisdə UEFA-nın 48-ci Növbəti Konqresi keçiriləcək.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda milli assosiasiyanın vitse-prezidentləri Elşad Nəsirov, Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev iştirak edəcək.

Tədbir “Maison de la Mutualite” konfrans mərkəzində təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43