Kateqoriyasız

AFFA Ramil Şeydayevi sərt cəzalandırdı

AFFA İntizam Komitəsi “Sabah”ın futbolçusu Ramil Şeydayevi 4 oyunluq cəzalandırıb.

25 yaşlı hücumçu “Sabah-2”nin heyətində “Qaradağ Lökbatan”la 1-ci divizionun 16-cı turunda keçirilən matçın 63-c dəqiqəsində baş hakim Fərid Hacıyevi təhqir etdiyi üçün bu cəzaya məruz qalıb.

Həmin epizodda o, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bugünkü qərara əsasən millimizin hücumçusu 1-ci divizionun qarşıdakı 4 oyununda iştirakdan məhrum edilib. “Sabah” isə 320 manat cərimələyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43