16 Sentyabr 2024
Ölkə futbolu

AFFA Region Liqasını ləğv edir?

Azərbaycanda futbol üzrə daha bir çempionat yaradıla bilər.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, AFFA III Liqanı yaratmaq niyyətindədir. Artıq bununla bağlı çalışmalara start verilib. Qurum bir neçə ildir keçirilən Region Liqasının əvəzinə sözügedən turniri yaratmağı düşünür.

Hələlik çempionatda neçə komandanın iştirak edəcəyi və klublara  nə qədər büdcə ayrılacağı bəlli deyil. Amma III Liqanın gələn mövsümdən etibarən keçirilməsi nəzərdə tutulub.

Əgər çempionatın yaradılması yeni mövsümə yetişməsə, III Liqa 2025-2026 illərində start götürəcək.

Xatırladaq ki, federasiya bu mövsümdən Azərbaycan II Liqasını yaradıb. Turnirdə iştirak edən 14 komandanın hər birinə 50 min manat pul ayrılır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43