Milli komanda

AFFA Renat Dadaşova millidə oynaması üçün nə qədər pul verib?

Almaniyanın məşhur “Bild” nəşri millimizi seçən Renat Dadaşovla bağlı şok iddia irəli sürüb.

İdmanxeber.com-un məlumatına görə, sözügedən nəşr Almaniyanın gənclərdən ibarət millisində oynayan futbolçunun Azərbaycan yığmasını seçməsinin böyük pullar qarşılığda baş tutduğunu bildirib.

“Renat Dadaşov kimi futbolçunun Azərbaycan millisini seçməsi qəribədir. O, 17 yaşlı istedadlı futbolçudur, Almaniyada daha parlaq karyerası ola bilərdi. Çünki o, Almaniyanın 17 yaşlılardan ibarət millisində uğurlu çıxış edirdi, özünü yaxşı tərəfdən göstərmişdi. Onun Azərbaycan millisini seçməsində pul böyük rol oynayıb. O, 1 milyon dollar qarşılığında Azərbaycan millisini seçib. “Leyptsiq”da ayına 2500 avro alan futbolçu böyük pullar qazanmaq üçün Azərbaycan millisində oynamağa razılıq verib”.

Qeyd edək ki, Renatın DÇ-2018-in seçmə mərhələsində  sabah baş tutacaq Azərbaycan – Almaniya oyununda millimizin heyətində debüt edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43