Dünya futbolu

AFFA rəsmiləri Çempionlar Liqası finalı ilə bağlı kitabın hazırlanmasında

Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 2019-cu ildə təşkil olunacaq Çempionlar Liqasının, Avropa Liqasının, qadınlararası Çempionlar Liqasının final oyununa və UEFA Superkuboku qarşılaşmasına ev sahibliyi etmək istəyən milli futbol assosiasiyalarının nümayəndələri üçün sifariş kitabının hazırlanması ilə bağlı UEFA tərəfindən iclas keçirilir.

İdmanxeber.com-un mılumatına görə, AFFA-nı iclasda baş katib Elxan Məmmədovun müavini Sərxan Hacıyev, infrastruktur üzrə direktor Kamran Vəliyev, Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehdiyeva, hüquqi məsələlər üzrə mütəxəssis Günay Zamanlı və Marketinq və Reklamlar Departamentinin mütəxəssisi Nigar Qasımova təmsil edir.

Qeyd olunan oyunlar üçün namizədliyini irəli sürmüş assosiasiyaların siyahısını diqqətinizə çatdırırıq:

Çempionlar Liqası: Azərbaycan, İspaniya

Avropa Liqası: Azərbaycan, Gürcüstan, Almaniya, Şotlandiya, İspaniya, Türkiyə

Qadınlararası Çempionlar Liqası: Çexiya, Macarıstan, Qazaxıstan, Litva, Şotlandiya, İspaniya

Superkubok: Albaniya, Fransa, Macarıstan, İsrail, Qazaxıstan, Şimali İrlandiya, Polşa, Şotlandiya, Türkiyə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43