İdman

AFFA rəsmisi UEFA-nın Konqresində iştirak edir

Bu gün Slovakiyanın paytaxtı Bratislavada UEFA-nın 42-ci Konqresi start götürüb.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə milli assosiasiyanı baş katibinin müavini Sərxan Hacıyev təmsil edir.

Qeyd edək ki, Konqresdə UEFA İcraiyyə Komitəsinə bir il müddətinə üzv, FİFA vitse-prezidenti vəzifəsinə və FİFA Şurasına nümayəndə seçiləcək. Bununla yanaşı, Konqres Avropa Peşəkar Futbol Liqalarının nümayəndəsini UEFA İcraiyyə Komitəsinə tamhüquqlu üzv kimi təsdiqləyəcək. Cersi Futbol Federasiyasının isə UEFA-ya 56-cı üzv kimi qəbul olunmasına dair səsvermə keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43