Kateqoriyasız

AFFA Riad Rəfiyevə xəbərdarlıq etdi!

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının 2-ci turunda baş verən hadisələr müzakirə olunub.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Premyer Liqanın II turunun “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə”nin futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Zirə” – “Neftçi” matçının 80-ci dəqiqəsində “Zirə”nin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.

“Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” Futbol Klubun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildirmişdilər.

İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasovu bu hala görə ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslərin İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqları bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43