Kateqoriyasız

AFFA Roy Kinlə danışıqlar aparıldığını təsdiqlədi

AFFA Azərbaycan millisinin baş məşqçi postuna “Mançester Yunayted”in keçmiş futbolçusu Roy Kinin namizəd olmasına dair iddialara münasibət bildirib.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla 49 yaşlı mütəxəssislə danışıqlar apardıqlarını təsdiqləyib.

O, Azərbaycan yığmasında baş məşqçi vəzifəsinə təyinatla bağlı AFFA-nın danışıqlar apardığı mütəxəssislər siyahısında bir neçə digər namizədlə yanaşı, Roy Kinin də olduğunu söyləyib.

“Bir müddət öncə də xəbər verdiyimiz kimi, hazırkı situasiya, bütün dünyada pandemiya ilə əlaqədar yaranmış qeyri-müəyyən vəziyyət nəzərə alınaraq, hələ ki hər hansı namizədin müzakirə üçün İcraiyyə Komitəsinə təqdim olunması və müqavilə şərtlərinin tam dəqiqləşdirilərək yekunlaşdırılması mümkün olmayıb”, – milli assosasiya rəsmisi əlavə edib (Report).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43