Kateqoriyasız

AFFA “Səbail”in stadionu ilə bağlı tender elan etdi

AFFA “Səbail” klubunun ev oyunlarını keçirdiyi Bayıl stadionunun sıradan çıxmış süni örtüyünü dəyişdirəcək.

İdmanxeber.az xəbər verir ki, milli assosiasiya bununla bağlı tender elan edib.

105mX68m ölçülü süni örtüklü futbol meydanları Mingəçevir və Tovuzda da salınacaq.

Tenderə 10 dekabr saat 17:00-da yekun vurulacaq. Qalib şirkət üçün quraşdırma tarixləri kimi aprel – iyun 2022-ci il müəyyənləşdirilib.

Bayıl stadionunda ot örtüyünün hazırkı durumu Azərbaycan Premyer Liqasındakı digər komandaların narazılığı ilə qarşılanıb. Onlar etirazlarını vaxtaşırı dilə gətiriblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqamızda oyunlarının başlama saatı açıqlandı

admin

Premyer Liqamızda XIII turun oyunlarının başlama saatları açıqlandı

admin

Rüfət Dadaşov “Şalke”də qol hesabını açdı

admin