Ölkə futbolu

AFFA “Səbail”in futbolçusunu cəzalandırdı

“Səbail”in futbolçusu Qoba Zakpanın cəzalı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, AFFA İntizam Komitəsi portuqaliyalı hücumçunu 3 oyunluq diskvalifikasiya edib.

Buna səbəb 31 yaşlı forvardın Premyer Liqanın XXXV turunda “Turan Tovuz”la keçirilən görüşdə qeyri-etik hərəkəti olub. Bu, paytaxt təmsilçisinin 1600 manat məbləğində cərimələnməsinə yol açıb.

Qeyd edək ki, “Turan Tovuz” – “Səbail” matçı 2:2 hesabı ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43