Kateqoriyasız

AFFA “Sabah”ın futbolçusunu cəzalandırdı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən  xəbər verir ki, Azərbaycan Premyer Liqasının 8-ci turunun “Qəbələ” – “Sabah” oyununda qonaq komandanın futbolçusu Nikola Vuyadinoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub isə 200 manat cərimə olunub.

Qeyd edək ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43