Kateqoriyasız

AFFA Şamaxıda stadion tikir

AFFA Şamaxı şəhər stadionunun yenidən qurulması işləri üçün tender elan edib.

İdmanxeber.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Xəbərdə görüləcək işlər və stadionla bağlı ümumi məlumatlar da yer alıb.

Arenanın meydançasının süni ot örtüklü olacağı,  tribunaların altında paltardəyişmə otaqları və kabinetlərin tikiləcəyi və s. bildirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43