Kateqoriyasız

AFFA Samet Aybabanı razı saldı – Növbəti iddia

Millimizin yeni baş məşqçisi Türkiyəli məşqçi Samet Aybaba olacaq.

İdmanxeber.az-ın məlumatına görə, belə bir iddia ilə qardaş ölkənin “Star” qəzeti çıxış edib.

Xəbərdə millimizin hazırkı baş məşqçisi Canni De Byazi ilə yolların ayrılmasına yaxın olduğu, Aybaba ilə tezliklə müqavilə imzalanacağı bildirilib. 66 yaşlı mütəxəssis AFFA-dan gələn təklifə müsbət yanaşıb.

Qeyd edək ki, S. Aybabanın son iş yeri “Adana Demirspor” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43