08 Sentyabr 2024
Kateqoriyasız

AFFA “Şəfa”da baş tutan biabırçı matçla bağlıqərarları açıqladı

Mayın 28-də Həvəskarlar arasında keçirilən Azərbaycan birinciliyinin “Binə” – “Çağırğan” oyununda qalmaqal baş verib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, görüşün 113-cü dəqiqəsində “Binə”nin futbolçusu Cavid Tarıverdiyev rəqibə bilərəkdən başla zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə ilə cəzalanıb. AFFA-nın İntizam Komitəsinin hadisə ilə bağlı çıxardığı qərarda deyilir ki, bu hadisədən sonra, oyunun 114-cü dəqiqəsində “Binə”nin azarkeşləri meydana daxil olaraq “Çağırğan” klubunun futbolçularına hücüm ediblər.

Buna cavab olaraq “Çağırğan”nın azarkeşləri də meydana daxil olub və tərəflər arasında insident yaşanıb. Hakimin, polisin və AHFF-in nümayəndələrinin səyi nəticəsində 8 dəqiqəlik məcburi fasilədən sonra oyun bərpa edilib.

Oyunsonrası mükafatlandırma mərasimində “Binə” klubunun bəzi futbolçuları onlara təqdim olunan medalları etiraz əlaməti olaraq azarkeşlərə tərəf atıblar.

Bu hadisə ilə əlaqədar AFFA İntizam Komitəsi “Binə” komandasının AHFF-nin keçirdiyi XVI Ölkə kuboku, 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII ölkə birinciliyi və kuboku yarışlarından kənarlaşdırılması qərarı verib.

“Binə”nin baş məşqçisi Məmmədəli Ağatalıbovun növbəti bir il ərzində AFFA-nın bayrağı altında keçirilən bütün yarışlarda məşqçi kimi fəaliyyətinə qadağa qoyulub.

Bundab başqa, “Çağırğan” komandası AHFF-nin 2014/2015-ci illər mövsümündə keçiriləcək XVII ölkə birinciliyinin 3 təqvim oyununu neytral meydanda boş tribunalar qarşısında keçirnəsi qərara alınnıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43