Milli komanda

AFFA serblərlə danışıqlara başladı – RƏSMİ

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində iyunun 12-də Azərbaycan milli komandası rəqib meydanında Norveç yığması ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, oyuna hazırlıq məqsədilə iyunun əvvəllərində yoldaşlıq oyunu keçirmək üçün AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan – Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43