Kateqoriyasız

AFFA Ukraynada oynayan daha bir futbolçunu milliləşdirir

Ukraynanın “Mariupol” klubunun futbolçusu Eldar Quliyev Azərbaycan millisində oynamaq üçün təklif alıb.

Bu barədə sözügedən ölkənin mətbuatı məlumat yayıb. Bildirilir ki, 18 yaşlı oyunçu AFFA-dan fikirləşmək üçün vaxt istəyib.

AFFA Eldar Quliyevdən başqa, Ukraynanın “Minay” klubunda çıxış edən Anatoli Nuriyev və Rüstəm Əhmədzadəni də milli komandanın sıralarına cəlb etmək istəyir.

Eldar Quliyev ötən il “Mariupol”la Ukrayna Premyer Liqasında debüt edib. Yarımmüdafiəçi bu mövsüm 5 oyuna çıxıb.

Eldar 2011-2014-cü illərdə Kiyev “Dinamo”sunun, 2014-2017-də “Dnipro”nun, 2017-2019-cu illərdə isə Donetsk “Şaxtyor”unun aşağı yaş qruplarında çıxış edib. Eldar, 2019-cu ildən “Mariupol”un formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43