18 Yanvar 2021
Kateqoriyasız

AFFA və TFF legionerlərlə bağlı danışıqlar aparır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Türkiyə Futbol Federasiyası (TFF) arasında futbolçuların legioner statusu ilə bağlı danışıq aparılır.

İdmanxeber.az-ın məlumatına görə, bunu Türkiyədə səfərdə olan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov yerli mətbuata açıqlamasında deyib.

O, iki ölkə futbolçularının həm Türkiyə, həm də Azərbaycanda legioner statusu ilə oynamamaları üçün müzkirələrin davam etdiyini bildirib:

“Hazırda çempionatımızda 2 türkiyəli futbolçu çıxış edir. “Başakşehir”dən icarə əsasında “Neftçi”yə keçən Mert Çelik Azərbaycan vətəndaşlığını aldıqdan sonra milli komandalarda çıxış etməyə başladı. U-21-in heyətində qısa vaxtda olduqca uğurlu oyun sərgilədi və əsas yığmanın baş məşqçisi Canni De Byazinin diqqətini çəkdi. Çelik yaxın vaxtlarda əsas komandanın əvəzolunmaz oyunçusu ola bilər. Ozan Can Kökçü isə “Sabah” komandasının formasını geyinir. Türkiyədə yetişmiş futbolçuları çempionatımızda daha çox görmək istəyirik. Bu səbəbdən, son zamanlar AFFA və TFF olaraq, iki ölkə futbolçularının legioner statusunda oynamamaları üçün danışıqlarımız davam edir”.

Qeyd edək ki, hazırda Türkiyədə azərbaycanlı futbolçulardan yalnız Araz Abdullayev çıxış edir. O, 1-ci liqa mübarizə aparan “Boluspor”da oynayır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Liverpul” şokda: Salah sıradan çıxdı

admin