Ölkə futbolu

AFFA “Xəzər Lənkəran”ı azarkeşlərinə görə cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iuclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, İK son turda baş vermiş qayda pozuntularına hüquqi qiymət verib.

Qəbul olunan qərara əsasən, Topaz Premyer Liqasının XXVII turunun “Xəzər Lənkəran” – “Simurq” matçının 86-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.

 “Rəvan” – “Neftçi” matçının 71-ci dəqiqəsində “Rəvan” klubunun 40 №-li futbolçusu Mişel Patrik Balakoq idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, komandası isə 200 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43