Kateqoriyasız

“AFFA Xorvatiya ilə oyunumuzdan razı qalıb” – Yurçeviç


FutbolPress


“Xorvatiya ilə oyunumuz 3 aspektdə nəzərdən keçirilməlidi. Birincisi, Xorvatiya böyük turnirlə müqayisədə seçmə mərhələdə elə də yaxşı çıxış etmir. Çünki belə matçlarda aşkar favorit hesab olunurlar ki, bu da onların özlərinə mənfi, rəqib komandalara isə müsbət təsir edir. İkincisi, motivasiyadı. Hansı ki, biz oyuna 200 faizlik köklənmə ilə çıxmışdıq. Üçüncüsü isə oyun aspektidi”.

Bu sözləri Azərbaucan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

O, AVR0-2020-nin seçmə mərhələsində Xorvatiya millisinə qarşı səfərdə keçirilən qarşılaşma haqda danışıb: “Xorvatiya ötən yay Rusiyada keçirilən dünya çempionatında qeyri-adı enerji və fantastik keçidlər hesabına ən təhlükəli rəqiblərdən sayılırdı. Bilirdim ki, müdafiə xəttimiz etibarlı oynasa, rəqibə çətinlik yaşada bilərik. Biz həmin oyunda 5-6 dəfə bunu etdik. Xorvatiyanın qapısına bir dəfə yol tapdıq, amma yenə qol vura bilərdik. Oyunun sonlarında futbolçularımız tamam əldən düşdülər. Onlar Barişiç, Perişiç və digərlərinin cinahlarını bağlaya bilmişdilər. Xorvatlar sonra Kramariçin hiyləgərliyi sayəsində qələbə qazandı. Halbuki biz oyundan əvvəl bu futbolçu ilə bağlı xəbərdarlıq etmişdik. Amma tapşırıqlarım hamısını yerinə yetirmək mümkünsüzdü. İkinci qolu məhz Kramariçin dahiliyinə görə buraxdıq”.

52 yaşlı çalışdırıcı Litva ilə qolsuz heç-heçə etdikləri görüş barədə də fikirlərini bildirib: “Yerli federasiya və futbol ictimaiyyəti Xorvatiya ilə Zaqrebdəki oyunumuzdan razı qalıb. Azərbaycan futbol tarixinin ən böyük sensasiyasını həyata keçirə bilməməyimiz təəssüf doğururdu. Komandada yaxşı atmosfer yaratmaq vacibdi. Litva üzərində qələbə qazanmalı idik. Amma üzülmürük. Hər bir komanda üçün güclü rəqib olmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43