Xorvatiya millisinin sabiq futbolçusu Robert Prosineçki milli komandamızın yeni baş məşqçisi olacaq.
İdmanxeber.com-un məlumatına görə, belə bir iddianı Xorvatiya mətbuatı irəli sürüb.
“Srvena Zvezda”nın sabiq baş məşqçisi ilə AFFA rəhbərliyi arasında Parisdə görüş keçirilib və təcrübəli mütəxəssis Berti Foqtsun gedişindən sonra boş qalmış baş məşqçi postuna gəlməyə razılıq verib.
Xəbərdə bildirilir ki, Prosineçki noyabrın ayın 16-da AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan – Norveç matçında yığmamızın sükanı arxasında olacaq.