İdman

AFFA yenə cərimələdi : “Neftçi” 200 manat…

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, aşağıdakı qərarlar qəbul olunub.

Azərbaycan Premyer Liqasının VIII turunun “Səbail” – “Neftçi” matçının 85-ci dəqiqəsində “Neftçi” klubunun 10 №-li futbolçusu Derlis Meza Kolli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VIII turunun “Zirə” – “Kəpəz” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunur.

I Divizionun III turunun MOİK – “Şüvəlan” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur 

I Divizionun III turunun “Binə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

I Divizionun III turunun “Turan Tovuz” – “Mil-Muğan” matçında “Turan Tovuz” və “Mil-Muğan” klublarının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur.

Oyunun 71-ci dəqiqəsində “Mil-Muğan” klubunun 16 №-li futbolçusu Elməddin Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43