10 Avqust 2022
Dünya futbolu

Afrika Millətlər Kubokunda heç yerdə görmədiyiniz olay

Afrika Millətlər Kubokunun Tunis – Mali matçı hakimin anlaşılmaz qərarları ilə qarsılaşmaya damğasını vurdu.

İdmanxeber.az-ın məlumatına görə, Malinin qələbəsi ilə başa çatan oyunun baş hakimi Canni Skazve qarşılaşmanın 85-ci dəqiqəsində matçı başa vurub. Tunis tərəfinin kəskin etirazlarının ardından futbolçular meydana dönüb və oyun qaldığı yerdən davam etdirilib. Lakin hakimlər bu dəfə də tunislilərin əsəbinə səbəb acaq qərar verib. Bu dəfə isə 90 dəqiqənin tamamını gözləməyən Skazve 89:51-də görüşü başa vurub.

Tunis tərəfi yenidən hakimlərə öz etirazını bildirib. Bu dəfə də oyun qaldığı yerdən davam etdirilməsi qərara gəlinsə də, Tunis millisinin üzvləri meydana çıxmaqdan imtina ediblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Roma” – “İnter” oyununda bərabərlik – Video

admin

Sabiq “Qarabağ”lı İtaliya klubunda

admin

“Qəbələ”nin yeni transferi – VİDEO

admin