Kateqoriyasız

Aftandil Hacıyev: “Bu məlumatı bilmirəm kim hardan tapıb yazıb”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Zirə”ylə 0:1 uduzduqları ilk matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, gənc mütəxəssis əvvəlcə “Dalğa Arena”dakı matçı dəyərləndirib.

– Əvvəldən bilinirdi ki, hər iki komanda gərgin mübarizə aparacaq. Fikrimcə, eyni səviyyədəyik. Hərçənd, turnri cədvəlində fərqli yerlərdəyik. Maraqlı matça şahid olduq. Oyunun böyük hissəsini azlıqda keçirsək də, yaxşı mübarzə apardıq. Hətta 10 nəfərlə 2-3 qol imkanımız oldu. Qapıçımız Emil Balayevin penalti qurtarışı bizə ümid verir ki, ikinci oyunda daha gərgin mübarizə olacaq və mərhələ keçmək şanslarımız qalır. Futbolçularımın fiziki hazırlığından çox razıyam. Ancaq nizam-intizamı pozduqlarına, yersiz vərəqələr aldıqlarına görə bəzi futbolçuları cərimələyəcəyik. Eyni futbolçuların hər dəfə vərəqə alması bizi narahat edir. Gərək bu cür hallar daha olmasın.

– Belə başa düşdüm ki, mövsümdə 2-ci dəfə qırmızı vərəqə alan makdoniyalı legioneriniz Tome Kitanosvki ağır cəzalanacaq…

– Olduqca çox ciddi cəza olacaq. Həm qırmızı vərəqənin cəriməsi olacaq. həm də əlavə. Kitanosvki artıq ayılmalıdı Onun bu qədər vərəqə alması təsadüf ola bilməz.

– Ölkə mətbuatında qış fasiləsində postunuzdan gedəcəyinizlə bağlı xəbər yayılıb. Bununla bağlı nə deyə bilərsiniz?

– Bu haqda heç bir şey deyə bilmərəm. Kimsə yazıbsa, bilmirəm hardan yazıb bu məlumatı. Burdayam, işimi davam etdirirəm. Bundan sonra nə baş verəcəksə. onu zaman göstərəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43