İdman

Aftandil Hacıyev: “Rəşad Sadıqovu əvəzləmək yox, köməklik edə bilərəm”

“Bu oyun gənc futbolçular üçün böyük təcrübə deməkdi. 19 yaşlılarımız indidən belə oyunlara çıxmalı və nəsə öyrənməlidilər. Qaldı ki, oyuna, siz özünüz də yaxşı bilirsiz ki, “Atleriko” ilə bizim səviyyəmiz arasında fərq böyükdü. Bununla belə matçın ilk 15-20 dəqiqəsində və ikinci hissənin müəyyən vaxtlarında futbolçularımızda yaxşı oyun gördük. Hesab 1:3 olarkən fərqi minimuma da endirə bilərdik, ancaq olmadı. Qrup mərhələsində oynamaq üçün hazır olmasaq da, bu bizimüçün çox yaxşı təcrübə olur”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Gənclər Liqasının oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Atletiko” görüşündən sonra komandamızın məşqçisi Aftandil Hacıyev deyib. Jurnalistlərin suallarını cavablandıran məşqçi oyunu bu cür dəyərləndirib.

 

– Bu kimi oyunlarda gənclərimiz daha çox nəyi öyrənir?

– Sürətli oyunu hiss edirlər. Öz yaşıdları arasında görmədikləri taktiki oyunu oynayırlar. Yavaş-yavaş öyrənirlər ki, necə müdafiə olmaq lazımdı. Bütün bunlar gələcəkdə onlara çox lazım oalcaq.

– UEFA Gənclər Liqasında “Qarabağ”ın ilk qoluna imza atan Yaroslav Deda bundan öncəki oyunda niyə iştirak etməmişdi?

– Zədəli olduğu üçün. Tam hazır olmadığı üçün “Roma” ilə oyuna buraxa bilmədik. 4 ay idi ki, oynamırdı. Baxmayaraq ki, qol vurdu, hiss olunurdu ki, tam hazır deyil. 

– Rəşad Sadıqovu məşqçi kimi əvəzləmək necə hissdi?
– Onunla bu gün paltar dəyişmə otağında müzakirə apardıq. Rəşad Sadıqov məşqçilik üçün çox həvəsli biridi və mən onu əvəzləmək yox, köməklik edə bilərəm. Bu gün çalışdıq ki, futbolçularımız Rəşad Sadıqovun yoxluğunu hiss etməsinlər.Rəşad axşam “Atletiko” ilə oyunda meydana çıxacaq, ona görə U-19-u meydana mən çıxardım. Çünki skamiyada əyləşəndə istər-istəməz qışqırırsan, səs salırsan, gücün gedir. Ona görə də bu missiyanı mən öz üzərimə götürdüm. bu məndə nə dərəcədə alındı, deyə bilmərəm (gülür)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43