Ölkə futbolu

Aftandil Hacıyev “Zaqatala”ya keçir? – açıqlama

AFFA-nın “Zaqatala”ya Premyer Liqa lisenziyası verməsinin ardından bölgə klubunun növbəti mövsümdən əsas çempionatda çıxış edəcəyi bildirilir.

İddialara görə, komanda yaxın vaxtlarda baş məşqçi dəyişikliyinə gedəcək. Bir müddət öncə mətbuatda Aftandil Hacıyevin bölgə təmsilçisini çalışdıracağı yazılmışdı.

Son olaraq “Səbail”dən ayrılan gənc mütəxəssis hələ də işsizdir. “Zaqatala” rəhbərliyinin növbəti mövsüm Premyer Liqa üçün Hacıyevi düşündüyü bildirilir.

Söylənənlərin nə dərəcə doğru olduğunu öyrənmək üçün Aftandil Hacıyevin özü ilə əlaqə saxladıq. O, iddialarla bağlı idmanxeber.az saytına qısa olaraq bunları dedi:

“Zaqatala” ilə heç bir danışığım olmayıb. “Səbail”dən ayrılandan sonra bir neçə klubla görüşlərim olsa da, konkret bir şey olmadığı üçün komandaların adlarını çəkmək istəmirəm”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43