Dünya futbolu

“Ağ-qaralar”ın rəsmisindən transfer açıqlaması: “Onunla danışıqlar gedir”

Türkiyənin "Beşiktaş" klubu "Mançester Siti"də çıxış edən Coleon Leskotu transfer etməyə çox yaxındır.

Bu barədə klubun vitse-prezidenti Dəniz Atalay "NTV spor" kanalına açıqlamasında bildirib:

"Leskot əsas transfer hədəflərimizdən biridi. Onunla danışıqlar gedir, bir problem olmazsa, Türkiyəyə gələcək".

Qeyd edək ki, "Ağ-qaralar" bundan öncə Ronaldinyonu transfer etmək istəsə də, bu, baş tutmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43