Ölkə futbolu

Ağabala Ramazanov karyerasını bitirdi

Azərbaycan millisinin sabiq üzvü Ağabala Ramazanov karyerasını bitirib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçu sosial şəbəkə hesabından paylaşım edib. O, bu qərarın özü üçün çətin olsa da, futbolla vidalaşmağın vaxtı olduğunu bildirib.

Xatırladaq ki, ötən mövsümü “Səbail”də keçirən Ramazanov ağır zədə almışdı. Bir neçə gün öncə isə Bakı klubu onunla yollarını ayırdığını bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43