Milli komanda

Ağabala Ramazanov: “Özümü sübut etmək istəyirdim”

"Çoxdan idi ki, milli komandaya çağırılmırdım. İstəyirdim özümü sübut edim. Şükürlər olsun ki, bu gün əlimdən gələni etdim komandaya faydalı olum. Mənim üçün milliyə komandaya düşmək bir şansdı. Milli komandaya daimi çağırılmam üçün bu şans idi və bundan yaxşı yararlanmağa çalışdım. Qələbə qolunu vurduğuma görə çox sevinirəm".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri millimizin futbolçusu Ağabala Ramazanov deyib.

Moldovayla oyunda millimizin qələbə topunu vuran hücumçu daha sonra sözlərinə belə davam edib:

"Bundan sonra milliyə çağırılıb-çağırılmamağım özümdən asılıdı. Qarşıda çempionat oyunları var. Özümü yaxşı tərəfdən göstərib yenidən milliyə dəvət almağa çalışacam".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43