Kateqoriyasız

Ağabala Ramazanov “Səbail”dən getdi – RƏSMİ

Qış fasiləsində “Səbail”i tərk edən ilk futbolçu müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə,  Ağabala Ramazanov komandadan ayrılıb. Məlumatı klubun rəsmi Feysbum səhifəsi məlumat yayıb. “Səbail” Futbol Klubu adından iki gözəl və emosional mövsüm üçün təşəkkür edirik. Uğurlar, Ağa!” – deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Ramazanov 2018-ci ilin yayında formasını geyindiyi “Səbail”in heyətində çıxdığı 40 rəsmi oyunda 14 qol vurub.

Ramazanovun karyerasını “Zirə”də davam etdirəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43