İdman

Ağabala Ramazanov və Ramil Şeydayevdən Qurban Qurbanova “mesaj”

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında qış fasiləsi yekunlaşıb.

İdmanxeber.com-un məlumatına görə, bu gün 15-ci tura start verilib. İlk oyun günündə iki görüş baş tutub.

“Qarabağ” öz meydanında “Qəbələ”dən güclü olub – 5:3. Əsas komandada forma şansı qazanmayan Ramil Şeydayev və Ağabala Ramazanov Qəbələ təmsilçisi ilə matçda fərqlənməklə qələbədə pay sahibi olublar.

Əvəzedicilərin çempionatı, 15-ci tur

11 fevral

“Zirə” – “Sumqayıt” 1:1

Qol: Sahil Cəfərov, 7 – Elvin Nəsibov, 82.

“Qarabağ” – “Qəbələ” 5:3

Qol: Ramil Şeydayev, 21. Ağabala Ramazanov, 34; 45. Salman Cəfərov, 47. Famil Camalov, 61 – Kamran Quliyev, 38. Elvin Məmmədov, 85; 87.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43