Ölkə futbolu

Ağasəlim Mircavadov: “İkisindən birini seçməliydim, mən millini seçdim”

“Nəticə olmayanda baş məşqçilər belə hallar yaşayır”

Sabiq baş məşqçi Ağasəlim Mircavadov Qurban Qurbanovun milli komandadan göndərilməsinə münasibət bildirib. Təcrübəli mütəxəssis İdmanxeber.az-a etdiyi açıqlamada iki komandada çalışmağın Qurbanov üçün ağır olduğunu söyləyib:

“Mən bu barədə nə deyə bilərəm ? Hər şey göz qabağındadır. Nəticə olmayanda baş məşqçilər bu halları yaşayır. Rəhbərlik var, qərarı var. Uğursuzluqda müqavilədə neçə il yazılıb baxılmır. Biz hamımız millidə vicdanla işləmişik. Heç vaxt müqaviləyə fikir verməmişik. “Qarabağ”ın durumu da gözqabağında idi. Bu komanda uğurlara öyrənib. Adam onları da itirmək istəmir. İki cəbhədə vuruşmaq Qurbanov üçün ağır idi. Bu hal bir dəfə mənim də başıma gəlib. O zaman gördüm ki, iki komandada çalışmaq nə qədər çətin bir işdir.  İkisindən biri seçməliydim, mən millini seçdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43