Müsahibə

Ağasəlim Mircavadov: “Bu məsələyə federasiya rəhbərliyi qərar verəcək” – MÜSAHİBƏ

<div 16="" antalyada="" b.="" div="" irdiyi="" k="" klubunun="" lim="" millimizin="" mircavadov="" nin="" oyunundan="" r="" rin="" rini="" sinin="" sonra="" span="" style="" margin:0px;padding:0px;color:#505050;font-family:arial,"="" t="" tahoma="" u-16="" u-17="" ulardan="" yoxlama="">

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov 16 yaşadək futbolçulardan ibarət millimizin İsveçrənin "Benfika" klubunun U-17 komandası ilə Antalyada keçirdiyi yoxlama oyunundan (9:0) sonra jurnalistlərin suallarını cavablandırıb. O, U-16 komandası və digər məsələlərlə bağlı fikirlərini bildirib.
 

– Komandamızın çıxışı haqda fikirlərinizi bilmək istərdik.

– Bu komandamızın oyun və məşq sistemi xoşuma gəldi. Cinahı boşaltmaq, ortada təktoxunuşla oynamaq yaxşıdır. Bunları 16 yaşlı uşaqlara həmişə demək lazımdır. Məşqçilər də bu mövzuda işləyirlər. Məni əsas oyun və oyunçunun futbol savadı maraqlandırır. Fikir verin, son illərdə texnika və taktikadan geri qalmışıq. Deyirlər ki, Qafqaz futbolu texnikalı olur. Amma bizdə ondan əsər əlamət qalmayıb. Onu geri qaytarmaq lazımdır. Ağıl oldu çox işləri həll etmək olar. Bu uşaqları fərdi planla klub məşqçilərinə vermək və davamını gətirmək lazımdır.
 

– U-16-nın heyətində bəyəndiyiniz futbolçu oldu?

-Ad çəkmək istəmirəm. Biri var həvəs, biri də var öz üzərində işləyib peşəkar olmaq. Bu uşaqlar  2-3 ildən sonra xaricə getməlidirlər. İndidən bunu qarşılarına məqsəd qoymalıdırlar. Bununla  biz nəsə əldə edə bilərik.
 

– Nə etmək olar ki, bu uşaqların bəziləri çempionat oyunlarında iştirak etsinlər? Onların Premyer Liqada oynaması bir az çətin görünür.

– Bilirsiniz, burada klublardan 2,3,4,5 oyunçu var. Mən onların səviyyəsini görmüşəm. Hər biri klublarının liderləridir. Ancaq bu uşaqlar həftədə iki-üç oyun keçirirlər. U-16-da, U-17-də və U-19-larla da oynayırlar. Bu, düzgün deyil axı. Uşaq bir komandada oynamalıdır. Ümumiyyətlə, bu uşaqlar üçün illik oyun 40-45 olmalıdır. Bizdə yüksək liqadan tutmuş aşağıya qədər komandaların oyunu 35-40-a çıxır. Bu, heç nədir. Minumum 50 oyun olmalıdır.
 

– Futbolçuların fiziki durumları necədir?

– Baş məşqçi Təbriz Həsənovun ağıllı testləri var. Bu uşaqlar bir ay öncə fiziki hazırlıqla bağlı test veriblər.  Sonra həmin testin nəticələri yazıldı və futbolçuların üzvü olduqları klublara verildi. Yenə bu test keçiriləcək. Onda sonra bəlli olacaq ki, onlar son bir ay ərzində nə qazanıblar, nə itiriblər. İnkişaf etmək üçün çoxlu oynamaq, hər ay turnirə getmək lazımdır. U-17-nin Bakıdakı iki oyunu o uşaqlara çox şey verdi. Onlar da harda zəif cəhətlərinin olduğunu bilməli, onun üzərində işləməlidilər.
 

– Sizcə, bu futbolçuların bəzilərini əsas komandalara cəlb etməyin vaxtı deyilmi?

– Bilirsiniz, onların 16 yaşı var və bəziləri əvəzedici heyətdə oynayır. Təbriz müəllim deyə bilməz ki, bu uşağı əsas heyətə götür. Klubun işinə heç kim qarışa bilməz.
 

– Əsas komandalar ehtiyat edirlər. Məşçilər Komitəsi olaraq I divizion klublarından tələb edə bilərsinizmi bu futbolçuları oynatsınlar?

– I divizionla bağlı bir layihə vermişik. İstəyirik ki, I divizonu Premyer Liqa ilə birləşdirək. Belə olarsa, çempionatda gərginlik artacaq. Biz I divizion klublarının baş məşqçiləri ilə görüşdük. Soruşduq ki, 2 il ərzində I diviziondan hansısa futbolçu Premyer Liqaya gedibmi? "Yox" dedilər. Onda I divizion nədən ötrüdür? Hər halda  bu məsələyə federasiya rəhbərliyi qərar verəcək, biz sadəcə olaraq, tövsiyə etmişik.

qol.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43