Kateqoriyasız

Ağayev “Neftçi”dən ayrılır?

“Neftçi”nin qapıçısı Səlahət Ağayevin agenti Vaqif Heydərli futbolçunun Qazaxıstan Premyer Liqası klublarından birinə keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, o, sports.kz-a açıqlamasında Qazaxıstandan təklif aldıqlarını təsdiqləyib:

“Bəli, Qazaxıstandan təklif var. Bağışlayın, amma bunun hansı klub olduğunu deməyəcəm”.

Vüsal Yalçınoğlu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43