Ölkə futbolu

Ağayev onu söyən azarkeşlərə səsləndi: “Bu düzgün deyil”

Topaz Premyer Liqasının XII turunda keçirilən “Qəbələ” – “İnter” matçında qalib müəyyən olmadı – 1:1

İdmanxeber.com-un məlumatına görə, qonaqların qapıçısı Səlahət Ağayev azarkeşlərə etirazını gizlətməyib.

Qapıçı jurnalistlərə açıqlamasında bunları deyib:

“Azarkeşlər məni söydülər, mən də onlara kəskin etirazımı bildirdim. Buna baxmayaraq, onlar yenə də məni söyməyə davam etdilər. Bu düzgün deyil. Biz hamımız azərbaycanlıyıq. Əgər “İnter” azarkeşləri hansısa rəqib futbolçuya belə söyüş söysə, belə davransalar mən onların qarşısını alaram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43