İdman

Ağayev Qvadalaxarada bürünc medal qazandı

Azərbaycan taekvondoçusu Meksikanın Qvadalaxara şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb.

İdmanxeber.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən Cavad Ağayev ilk olaraq təsnifat mərhələsində Tayland təmsilçisi Çayçon Ço ilə üz-üzə gəlib. Ağayev növbəti mərhələdə polşalı Mateus Şesnovskini kənarlaşdırıb.

1/8 finalda özbək Uluqbek Raşitov, 1/4 finalda isə iordaniyalı Zaid Mustafadan üstün olan Azərbaycan təmsilçisi yarımfinalda cənubi koreyalı Kvon Doyuna uduzub və bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43